Rasim Musabəyov: “Dövlət başçısının can sağlığı, uğuru bizim dövlətimizin möhkəmlənməyi və uğurudur”-
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzu edirəm". Bu sözləri SİA-ya politoloq, millət vəkili Rasim Musabəyov dövlət başçısının doğum günü ilə əlaqədar təbrikində deyib. O bildirib ki, bütün vaxtını Azərbaycanın inkişafına sərf edən bir dövlət başçısının can sağlığı, uğuru bizim dövlətimizin möhkəmlənməyi və uğurudur.
Azərbaycanın hazırki inkişaf səviyyəsinə çatması üçün bir neçə mərhələdən keçdiyini dilə gətirən millət vəkili vurğulayıb ki, bir zaman Azərbaycan müstəqillik əldə etmək mərhələsini yaşayırdısa, hazırda isə inkişaf mərhələsindədir: "Bir zaman Azərbaycanda ən vacib məsələ müstəqillik əldə etmək idi. O baş verdi. Daha sonra Azərbaycan çətin bir dövrünü yaşayırdı ki, həmin dövrdə əsas məsələ onun bu vəziyyətdən çıxması idi. Məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində ölkəmiz dirçəldi. Onun səyi nəticəsində Azərbaycanın müstəqilliyi, dövlətçiliyi quruldu. İndi isə Azərbaycan ayrı bir inkişaf, daha modern bir dövlətə çevrilmə mərhələsindədir. Bu mərhələdə də prezident İlham Əliyev öz səyləri ilə Azərbaycanı irəliyə aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB