Rusiya prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib

Rusiya prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib
Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarı İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. SİA-nın rəsmi Kremlin yaydığı məlumata istinadən verdiyi xəbərə əsasən, o ümid etdiyini bildirib ki, Rusiya Federasiyası və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq Qafqazda stabilliyin və təhlükəsizliyin möhkəmlənməsinə təkan verəcək.

Rusiya prezidenti təbrik teleqramında onu da qeyd edib ki, o iki ölkə liderləri arasında inkişaf edən şəxsi əlaqələri də yüksək qiymətləndirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Rusiya-Azərbaycan strateji əlaqələrinin genişləndirilməsi yolunda fəaliyyəti iki ölkə arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirir.

Eyni zamanda bu gün dövlət başçıları arasında telefon danışığı olub. Danışıq zamanı tərəflər bir-birilərinə Yeni il qabağı arzularını çatdırıb və ötən ildə Rusiya-Azərbaycan münasibətlərində əldə olunan uğurlardan məmnunluqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə