Azərbaycan, Türkiyə, İran xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər
İstanbul şəhərində Türkiyə Respublikasının Xarici İşlər naziri Əhməd Davudoğlu, Azərbaycan Respublikasının Xarici İşlər nazir Elmar Məmmədyarov və İran İslam Respublikasının xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ə.Salehi arasında keçirilən görüşün nəticələrinə dair Birgə bəyanat qəbul edilib.
XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bəyanatda deyilir: "Türkiyə Respublikasının xarici işlər naziri cənab Əhməd Davudoğlu, Azərbaycan Respublikasının xarici işlər nazir cənab Elmar Məmmədyarov və İran İslam Respublikasının xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Əkbər Salehi 2010-cu il dekabr ayının 23-də Cənubi Qafqaz məsələləri də daxil olmaqla ümumi maraq kəsb edən müxtəlif mövzuları müzakirə etmək üçün görüşüblər. Nazirlər Türkiyə, İran və Azərbaycan arasında dərin köklü ümumi tarix, irs, mədəniyyət və sivilizasiyaya əsaslanan güclü münasibətlərin qeydinə qalaraq, üç ölkə və onların xalqları arasındakı bənzərsiz əlaqələri vurğulayaraq, Türkiyə, İran və Azərbaycan arasındakı dərinləşmiş əlaqələrin təkcə onlara yox həmçinin bütövlükdə regiona xeyir gətirərək daha geniş sahələrdə dostluq münasibətlərini möhkəmləndirməyə imkanlar yaradacağına inanaraq,onların bütün sahələri əhatə edən əlaqələrindəki davamlı inkişafla bağlı məmnunluğunu bildirərək, iqtisadi artım və davamlı inkişafı sığortalayan sahələr də daxil olmaqla əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni yolların kəşfinə hazır olduqlarını vurğulayaraq, regional və qlobal səviyyələrdə sülhün və tərəqqinin təşviq edilməsi üçün ümumi istəyin və bu məqsədə nail olmaq üçün birgə fəaliyyətin aparılmasına onlarda güclü iradənin olduğunu təkrarlayaraq, regionda həll olunmamış münaqişələrin sülh yolu ilə həllinə nail olunmasının, davamlı və uzunmüddətli sülhün və sabitliyin əldə edilməsinə yönələcək bir mühit yaradacağını qəbul edərək, region və onun hüdudlarından kənarda sülhü və sabitliyi təhdid edən terrorizm, mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr və insan qaçaqmalçılığına və həmçinin xalqların tərəqqisinin təmin edilməsinə mane olan addımlara qarşı mübarizənin aparılması ilə bağlı onlarda böyük qətiyyətliliyin olduğunu qeyd edərək, bu çağırışlarla üzləşərkən müvəffəqiyyətin əldə edilməsi üçün birgə səylərin zəruriliyini etiraf edərək, üç ölkə arasında bütün səviyyələrdə məsləhətləşmələrin və əməkdaşlığın genişləndirilməsinin regional və qlobal sülhə, sabitliyə və tərəqqiyə nail olunmasına nəzərə çarpacaq müsbət təsir göstərəcəyinə əmin olaraq birgə razılaşma əldə olunub.
Razılaşmaya əsasən: "Yuxarıda qeyd edilmiş kübar məqsədlərə nail olunması üçün regionda həlli tapılmamış münaqişələrin ərazi bütövlüyü prinsipinə əsaslanaraq, sülh yolu ilə həllinə yönəlmiş əsasların yaradılması zəruridir. Terrorizmə, mütəşəkkil cinayətkarlığa, silah, narkotik maddələr və insan qaçaqmalçılığına qarşı mübarizənin aparılması kimi ümumi maraq kəsb edən regional və qlobal məsələlərin müzakirə edilməsi məqsədilə Türkiyə, İran və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində mütəmadi əsaslarda məsləhətləşmələrin davam etdirilməsi, ticarət, investisiya, nəqliyyat, turizm, və həmçinin ətraf mühit kimi sahələr daxil olmaqla, lakin bununla məhdudlaşmadan müştərək tərəqqiyə nail olunmasına yönəlmiş üçtərəfli səylərin artırılması məqsədilə birgə əməkdaşlıq planlarının inkişaf etdirilməsinin nəzərə alınmasısdır".
Eyni zamanda nazirlər həmçinin mütəmadi əsaslarda üçtərəfli görüşlərin keçirilməsinə razılaşıblar. Növbəti görüşlər isə İran İslam Respublikasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB