Bahar Muradova: "Prezident İlham Əliyev Azərbaycan xalqına, dövlətinə olan sadəqətli münasibətini və fədakarlığını bu illər ərzində əməlləri ilə sübüt edib”
"Mən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm". SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova dövlət başçısının doğum günü ilə əlaqədar təbrikində deyib. O dövlət başçısına Azərbaycan xalqının və Azərbaycan dövlətinin gələcəyi və inkişafı naminə gördüyü bütün işlərdə nailiyyətlər arzu edib: "Mən bu nailiyyətlərin olacağına da inanıram. Çünki prezident İlham Əliyev Azərbaycan xalqına, dövlətinə olan sədaqətli münasibətini və fədakarlığını bu illər ərzində əməlləri ilə sübut edib".
Vitse-spikerin sözlərinə görə, çiçəklənən, inkişaf edən və getdikcə siyasi cəhətdən daha da sabitləşən Azərbaycan "Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin nəticəsidirsə, onun möhkəmlənməsi və inkişafı İlham Əliyevin fədakarlığının nəticəsidir.
"Ona görə də mən bir daha dövlət başçısını, onun ailəsini, yaxınlarını, bu gözəl gün münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycansevər insanlara da bu günün sevincini bölüşməyi arzu edirəm",- deyə B. Muradova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB