Dağlıq Qarabağla bağlı qətnamənin NATO PA-nın gündəliyinə salınması üçün Azərbaycan nümayəndə heyəti artıq quruma müraciət ünvanlayıb
NATO Parlament Assambleyasının növbəti iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin müzakirəyə çıxarılması ilə bağlı artıq Azərbaycan nümayəndə heyəti NATO PA-na müraciət göndərib. Bunu SİA-ya açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov deyib. O, qeyd edib ki, NATO-nun əvvəlki sessiyasında Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və bununla bağlı sənəd qəbul olunub. Onun sözlərinə əsasən məhz buna görə, NATO Parlament Assambleyası da buna uyğun olaraq öz qərarını verməlidir: "Biz artıq bununla bağlı öz müraciətimizi NATO-ya ünvanlamışıq. NATO-nun yaz sessiyasının gündəliyi açıqlanan vaxt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin təşkilatın gündəliyinə daxil edilməsinə çalışacağıq".
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsi NATO Parlament Assambleyasının Varşavada keçiriləcək sessiyasının gündəliyindən çıxarılıb. Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov SİA-ya açıqlamasında bildirmişdi ki, qətnamənin gündəlikdən çıxarılmasına səbəb Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdır: "Azərbaycan nümayəndə heyət olaraq biz Varşavada keçiriləcək NATO Parlament Assambleyasının iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin müzakirəyə çıxarılmaması təklifi ilə Parlament Assambleyasına rəsmi məktub göndərdik. Artıq cavab da almışıq. Bu sessiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi müzakirəyə çıxarılmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB