“Əli Kərimlinin Londondan tutmuş Azərbaycana qədər bahalı mülkləri var” AÇIQLAMA

“Əli Kərimlinin Londondan tutmuş Azərbaycana qədər bahalı mülkləri var” AÇIQLAMA

“Hamımıza məlumdur ki, 25 ildir heç bir yerdə işləməyən Əli Kərimlinin Londondan tutmuş Azərbaycana qədər bahalı mülkləri var”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri, fəlsəfə doktoru, İlqar Orucov deyib.

Onun sözlərinə görə, sual olunur ki, bu qədər vaxtı heç bir maliyyə olmadan necə yaşamaq olar? Kimdir bu adamı və onun yaxın ətrafında olan onun kimi heç bir yerdə işləməyən insanları dolandıran? Haradan gəlir bu pullar? Londonda mülkü saxlamağın kommunal və böyük vergi xərclərini kimdir qarşılayan? Əli Kərimlinin oğlunun Londondakı təhsil və yaşayış təminatını ödəyən? Hələ oğlunun paylaşımlarında barlarda və bahalı restoranlarda əyləncələrini əks etdirən şəkillərindən bu gənc oğlanın hansı həyat tərzi keçirdiyini hamımız görmüşük: “Əli Kərimlinin bankı yox, biznesi yox, ətrafında da özü kimi heç yerdə işləməyib bütün günü dövlətə qarşı iftiralarla sosial şəbəkələrdə saxta profilləri idarə edən və bunulada sosial dəstəklərinin guya çox olduğunu göstərməyə çalışan 100-150 nəfər insan var ki, bunlar da həm Əli Kərimlini, digər AXCP və Milli Şura funksionerləri dolandıra bilməzlər. Və artıq burada xırda bir məntiqlə hansısa çirkli fəaliyyətin mövcudluğu özünü göstərir. Əlbəttdə ki, xaricdən bunların fəaliyyətini koordinasiya edən qrupların himayəsi ilə gələn çirkli pullar hesabına bütün yuxarıdakı həyat tərzi mövcuddur. Əli Kərimlinin rəhbərliyi ilə baş tutan sonuncu olay da əvvəlcədən planlaşdırılmış, xüsusi məqsədə xidmət edən bir aksiya idi. Polisin qanuni tələbinə qarşı əks reaksiya, münaqişəyə və qarşıdurmaya cəhd yalnız və yalnız bu aksiyanı təşkil edənlərin planına xidmət edirdi. Bilirik ki, Əli Kərimlinin və AXCP-nin siyasi miqrant biznesi mövcuddur və bu aksiyada da iştirak edənlərin polislə guya qarşıdurmasını əks etdirən foto və video görüntülərini çəkmək lazım idi və bunu da etdilər. Həmin şounun iştirakçılarından növbəti qrupunu siyasi təqibdən baş götürüb getmək adı ilə çoxlu pul müqabilində Avropaya yerləşdirəcəklər. Sonra da, əvvəlki ssenari ilə onları Avropa küçələrindən Azərbaycana qarşı tərbiyəsiz küçə söyüşləri, böhtanlarla, iftiralarla silahlandırıb “mübarizələrini” davam etdirəcəklər. Əslində Avropanın bahalı ölkələrində olan söyüş makinaları elə bunların vaxtilə oralarda yerləşdirdikləri adamladır. Həm idarə olunduqları mənbə, həm maliyyələşdikləri, həm də təlimat aldıqları mənbə eynidir. Digər tərəfdən eyni adamların idarə etdiyi AXCP-Milli Şura adlı qaragüruhun Şəhidlər Xiyabanına ziyarət adı altında həyata keçirdiyi təxribatının mahiyyətində xaricdən aldıqları çirkli pulların hesabatları üçün materiallar hazırlamaq, guya ölkədə “demokratik” qüvvələrin sıxışdırılması, adi ziyarətlərinə belə icazənin verilməməsi görüntüsünü yaratmaq lazım idi. Maraqlıdır ki, bu qüvvələrin iç-üzünü bildiyi səbəbindən Azərbaycan insanlarının inanmadığı, qəbul etmədiyi qaragüruh məhz son mübarizə metodunu insanların sıx olduqları ərazilərdə reallaşdırmaq istəyirlər. Bunun sübutu kimi, cari ilin 20 yanvar tarixində Şəhidlər Xiyabanını və 26 fevral tarixində Xocalı Soyqırımı abidəsini ziyarət edən və bu qrupla heç bir əlaqəsi olmayan böyük insan kütləsinin çoxluğundan istifadə edərək törətmək istədikləri qarşıdurma cəhdlərini göstərə bilərik. Polis asayışı qoruyur, təhlükəsizliyi və insanların rahat ziyarətini təmin edir, bu qrup isə hamı üçün müəyyən edilmiş qaydaları heçə sayaraq özlərini xüsusi imtiyazlı zümrə kimi apararaq polislə münaqişəyə getmək istəyirlər. Ardınca da Avropadan söyüş terroru başlayır. Bütün bunlardan əldə olunan nəticə, məntiq bir daha sübut edir ki, bu adamlar eyni cəbhədən idarə olunurlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə