Cümşüd Nuriyev: “ABŞ bir ovuc Ermənistana görə, böyük bir Türkiyəni itirmək istəməz”-AÇIQLAMA

Cümşüd Nuriyev: “ABŞ bir ovuc Ermənistana görə, böyük bir Türkiyəni itirmək istəməz”-AÇIQLAMA
Son günlər uydurma "erməni soyqırımı" ABŞ Konqresində yenidən gündəmə gəlib. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bu da çox təəssüf ki, ABŞ-ın Ermənilərin əlində bir oyuncaq olmasına bir dəlalət edir: "Ermənistan ABŞ-ın əlində bir oyuncaqdır. Bunu Wikileaks saytında yayandan sonra bir növ bəzi ölkələrdən sözdə üzr istəyib. Amma bu məsələlərin hamısı dövlətlərə siyasi təzyiqin göstərilməsi üçün düşünülmüş bir gediş olub. Bu gediş uğursuz alındığı üçün, indi Türkiyəni məcbur etməyə çalışırlar ki, bölgədəki mövqelərini bərpa etsinlər. Bu ABŞ-ın Qafqaz siyasəti ilə bağlı bir məsələdir. Türkiyənin bu saxta soyqırımla başını qatmaq istəyir. Bunun əvəzində şərt qoymaq istəyir ki, sərhəd açılsın. Amma sərhədin açılması mümkün deyil. Türkiyə buna hazır deyil və hazır olmaq da istəmir. Bu daha çox ABŞ-ın növbəti dəfə cəhdidir ki, Türkiyəyə təzyiq göstərsin". Politoloq qeyd edib ki, ABŞ-ın 42 ştatı soyqırımı tanıyıb nə ediblər ki, ABŞ Konqresi bunu tanıyıb nə edəcək: "Amma ABŞ bir ovuc Ermənistana görə, böyük bir Türkiyəni itirmək istəməz. Lenin də bu addımı atıb. Bir zaman belə bir fikir işlədib ki: "Biz bir ovuc Erməniyə görə, böyük bir Türkiyəni qarşımıza ala bilmərik". Bu müvəqqəti siyasi təzyiq göstərmək üçün ABŞ-ın düşündüyü çox uğursuz bir gedişdir. ABŞ-a şərəf gətirən bir gediş deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə