Travmatologiya İnstitutunun köhnə binasında baş vermiş yanğın məhdudlaşdırlıldı – YENİLƏNİB

Travmatologiya İnstitutunun köhnə binasında baş vermiş yanğın məhdudlaşdırlıldı – YENİLƏNİB

Ü.Hacıbəyov-5 ünvanında (Travmatologiya İnstitutunun köhnə binası) yanğın baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın 3 mərtəbəli binanın damında baş verib. Hadisə yerinə hazırda FHN 25 yanğınsöndürmə maşını gəlib. Yanğınsöndürmə işləri davam edir. Yanğının artıq qarşısı alınıb. Hadisə yerinə FHN müavini Etibar Mirzəyev də gəlib.

Qeyd edək ki, yanğının episentrinə yaxın yerlərdə 130 saylı uşaq bağçası və çoxlu sayda ticarət obyektləri yerləşir.

Yanğınsöndürmə maşınlarında su olsa da bu, güclü yanğının söndürülməsinə kifayət etməyib. Ancaq Səbail rayon Su İdarəsinə aid su xətlərinə lazımi qədər su verilmədiyindən çətin vəziyyət yaranıb. Buna baxmayaraq, FHN-in yanğınsöndürmə maşınları xüsusi qurğular vasitəsi ilə binanın bir hissəsini sökərək içəri daxil olublar və yanğının qarşısını alıblar.

İçəridə qalmış bir qadın və bir kişini FHN əməkdaşları binadan çıxarıblar. Sakinlər evlərini boşaltmaqla məşğuldurlar. Bir nəfər qoca qadının isə avadanlıqları və dərmanları içəridə qaldığına görə halı pisləşib. FHN-in xilasediciləri yaşlı qadına yardım ediblər.

Qeyd edək ki, artıq yanğın məhdudlaşdırılıb. Fövqəladə hallar nazirinin müavini Ettibar Mirzəyevin verdiyi məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb və yanğın evlərə keçməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə