“Azərbaycan türk dünyasının birliyinin yaranmasında mühüm rol oynayacaq" ÖZƏL-ŞƏRH
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Belarusa və Türkmənistana səfəri ölkəmizin dünyaya açılmasının yeni bir nümunəsidir. Çünki Prezidentin Belarusa səfərində imzalanan sənədlər və yaxu da Türkmənistan dövləti ilə imzalanan sənədlər hər iki dövlətin maraqlarına uyğundur. Çünki Azərbaycan hal-hazırda Qafqazda tranzit ölkə olmaqla bərabər, Avropaya da bir dəhlizdir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Belarusun ən ağır vaxtında həmin ölkəyə kömək edən bir dövlətdir: “Bu prezidentlərin şəxsi münasibətindən irəli gələn bir şeydir. Bundan başqa Belarus dövləti Rusiyadan sonra Avropada ən güclü tərəfdaş və ən böyük dövlətdir. Azərbaycan həm hərbi sahədə, həm də iqtisadi sahədə Belarusa ilə ikitərəfli əməkdaşlığı var. Bildiyiniz kimi Belarusun satdığı polimerlər Azərbaycanın hava hücumundan müdafiə sistemini çox gücləndirib. Yəni bu münasibətlər davam edəcək. Eyni zamanda Azərbaycan-Belarus münasibətləri qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq. Çünki Belarus neft satışı ilə məşğul deyil. O daha çox qeyri-neft sektoru ilə məşğuldur. Azərbaycan qarşılıqlı olaraq həm təcrübədən yararlanacaq, həm də bu sahədə əməkdaşlıqla bağlı çoxsaylı sənədlər ( o cümlədən kənd təsərrüfatı sahəsində) imzalayıb.
Türkmənistan səfərində isə Azərbaycan üçün ən mühüm imzalanan sənəd Türkmənistan neftinin Azərbaycan üzərindən Avropaya çıxarılmasıdır. Bu Türkmənistan üçün də lazımdır. Burada təkcə iqtisadi maraqlar rol oynamır. Çünki Türkmənistan-Azərbaycan münasibəti eyni qardaş dövlətlərin yaxınlaşmasına da bir təkan verir. Azərbaycan-Türkmənistan münasibətlərində bir ara müəyyən gərginliklər var idi. Amma Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra bu gərginlik tamamilə aradan qaldırıldı. Türkmənistan Prezidenti ilə Azərbaycan Prezidentinin şəxsi münasibətləri artıq yüksək səviyyədədir. Bağlanmış müqavilələr, imzalanmış sənədlər, memorandumlar bir daha göstərir ki, Azərbaycan türk dünyasının birliyinin yaranmasında çox mühüm rol oynayacaq. Düşünürəm ki, hər iki səfər çox uğurludur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB