Astara sakini Hirkan Milli Parkına vurduğu ziyana görə 1000 manat cərimə olunub

Astara sakini Hirkan Milli Parkına vurduğu ziyana görə 1000 manat cərimə olunub

Hirkan Milli Parkındakı ağaclar kəsilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə parkdakı ağacları Astara rayon Vəznəş kənd sakini Ş.Dədəyev tərəfindən kəsilməsi ilə əlaqədar şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şikayət ETSN-in əməkdaşları tərəfindən Milli Parkın işçiləri və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

Aparılan araşdırma zamanı sözügedən Milli Parkın Şüvü meşəbəyliyinin 5 saylı meşə dolayında 671,58 manat dəyərində 32,77 m3 həcmində 17 ədəd, 6 saylı meşə dolayında isə 59,98 manat dəyərində 11,99 m3 həcmində 3 ədəd yaş köküstə müxtəlif cinsli ağacların kəsilməsi faktları aşkar edilib. Ağaclardan 3 ədədinin Astara rayon Vəznəş kənd sakini Ə.Abbasov tərəfindən kəsilməsi müəyyənləşdirilərək protokol tərtib edilib, qanun pozucusu inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Ümumilikdə, təbiətə dəymiş 731,56 manat məbləğində ziyanın 671,58 manatının ödənilməsi təmin olunub, qalan 59,98 manatın ödənilməsi üçün isə tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə