"Erməni əsilli amerikalılar pərişanlıq içindədirlər"

"Erməni əsilli amerikalılar pərişanlıq içindədirlər"
Konqresdəki işinə son verdikdən sonra iki həftə ərzində Məclis sədrliyini rəsmi şəkildə buraxacaq Nansi Pelosiyə təhdidlər edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hətta yazılı mətbuat hadisədə Pelosini açıq şəkildə günahlandıraraq: "Hadisələrin dəhşətli nəticəsi olacaq",- deyə yazıb. Əvəzində Amerika-Türk dərnəkləri mübarizədən qələbə ilə çıxdıqlarını qeyd edirlər. Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Ken Haçıkyan belə bir bəyanatla çıxış edib: "Erməni əsilli amerikalılar Pelosinin bacarıqsızlığına görə əsəb və pərişanlıq içindədirlər. Pelosinin "erməni soyqırımı" layihəsini qəbul etdirmək üçün kifayət qədər səs çoxluğu, nüfuzu və fürsəti var idi. Ancaq yenə də insan haqqları ilə bağlı bu səsvermənin aparılmasını rədd etdi".
Asbarez saytının redaktoru Ara Xaçaturyan isə "Pelosi doğru simasını göstərib. Erməni-Amerika birliyinin səbri artıq tükənib. Bunun dəhşətli nəticələri olacaq", -deyə yazıb.
Layihəni hazırlayan Demokratlar Partiyasından olan kaliforniyalı millət vəkili Adam Skif belə bir yazılı bəyanatla çıxış edib: "Dərin bir məyusluq hiss edirəm". O yığıncaq dövründə yenidən belə bir layihə hazırlayacağına söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə