Yeni Azərbaycan Partiyası Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə ağacəkmə aksiyası keçirib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə ağacəkmə aksiyası keçirib. SİA-nın məlumatına görə, aksiyada YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, icra katibinin müavini Siyavuş Novruzov, vitse-spiker Bahar Muradova, bir sıra millət vəkilləri, partiya fəalları və Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəlibəyov iştirak ediblər.
Aksiya ilə bağlı jurnalistlərə açıqlama verən YAP sədr müavini Əli Əhmədov bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd cari ilin Prezident İlham Əliyev tərəfindən "Ekologiya ili" elan edilməsi ilə bağlıdır. YAP-ın "Ekologiya ili" çərçivəsində həm paytaxtda, həm də bölgələrdə bir neçə ağacəkmə kampaniyası keçirdiyini deyən sədr müavinin sözlərinə görə, bugünkü kampaniya partiyanın cari il çərçivəsində Azərbaycanda və Bakı şəhərində həyata keçirilən ağacəkmə kampaniyasında iştirakına bir nümunədir: "Mən belə hesab edirəm ki, bir neçə il keçəcək, bizim əkdiyimiz ağaclar böyüyəcək, bura yaşıllıq zonasına çevriləcək. Azərbaycanın, Bakının ekologiyasının təmizlənməsinə, insanlarımızın daha sağlam mühitdə yaşamasına köməklik göstərəcək. Düşünürük ki, bu YAP həm də cəmiyyətimizdə abadlığa, quruculuğa önəm verən bir təşkilat olduğunu bir daha təsdiq edir".
Bundan əlavə, aksiya ilə əlaqədar məlumat verən Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəlibəyov bildirib ki, cari ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar aparılan yaşıllaşdırma işləri Nərimanov rayonunda da özünü göstərməkdədir. Onun sözlərinə görə, bu gün bir hektar ərazidə 350 ədəd elandra ağacı əkilir: "Qonşu ərazidə 5 hektar ərazimiz var idi. 2 ay bundan qabaq bu ağaclardan həmin ərazidə də əkilib. Bu ağaclar 100 faiz inkişaf etməklə yanaşı böyük oksigen vermək qabiliyyətinə də malikdirlər. Hesab edirik ki, ağac əkməklə hər şey bitmir. Əsas məsələ ona qulluq, suvarma işinin təşkilidir. Düşünürük ki, bu cür aksiyaların rayonumuzun ekoloji durumunun yaxşılaşdırılmasında xidməti olacaq. Gələn il də bu işləri davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB