Türkiyə ABŞ-ın Suriyada yaratmağı planladığı müşahidə məntəqələri barədə narahatlığını bildirib. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar Müəllimlər Günü münasibəti ilə hərbi müəllimlərlə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, Türkiyə ABŞ-ın Suriyanın şimal sərhədində müşahidə məntəqələri yaratmaq planından duyduğu narahatlığı amerikan hərbi və mülki tərəfdaşlarına bildirib.
"Bu cür əməliyyatların regiondakı mürəkkəb vəziyyəti daha mürəkkəb hala gətirəcəyini düşünürəm", - deyə Akar əlavə edib.
O qeyd edib ki, bu məsələ Kanadada general Danford və ABŞ müttəfiqləri ilə aparılan danışıqlar zamanı gündəmə gəlib. Akar görüşlər zamanı həm hərbi, həm mülki əməkdaşlara müxtəlif formalarda narahatlığını təkrar-təkrar ifadə etdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB