DQMK-nın əməkdaşları Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüblər
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüblər. DQMK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli, Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin aparıcı məsləhətçisi Seymur Alıyev iştirak ediblər.
Görüşdə R.Məcidbəyli son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, komissiyanın fəaliyyəti, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və 2010-cu ilin oktyabr-noyabr aylarında elan edilmiş müsabiqələrin gedişatı barədə ətraflı məlumat verib.
Sonra R.Məcidbəyli və V.Əsgərov tələbələri maraqlandıran suallara cavab veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB