“Bu gün Türkmənistan bizim strateji mütəffiqimizə çevrilib” ÖZƏL-RƏY
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici siyasəti ölkəmizi çox uğurlu bir səviyyəyə gətirib çıxarıb. Yəni bu gün bizim siyasətimizin təməlində odur ki, Azərbaycan bütün qonşuları ilə o cümlədən qonşu olmayan bütün dövlətlərlə normal, ikitərəfli əməkdaşlıq etmək istəyir və siyasətini də bunun üzərində qurur”. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, Türkmənistan türkdilli bir dövlətdir: “Bizi tarixi, etnik köklərimiz, mədəni əlaqələrimiz bağlayır. Azərbaycan həmişə çalışıb ki, Türkmənistan dövləti ilə normal xarici əlaqələr qursun. Bildiyiniz kimi vaxtilə bunun təməlini Ümummilli Lider Heydər Əliyev qoymuşdu və Türkmənistanı vacib dövlət hesab edirdi. Baxmayaraq ki, o illərdə müəyyən problemlər var idi, Heydər Əliyevdən öncə hakimiyyətdə olan qüvvələr buna nail ola bilməmişdilər amma Ulu Öndər hər şeyi qaydasına saldı və cənab İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Bu gün Türkmənistanla əlaqələrimiz çox yüksək səviyyəyə çatıb. Dövlət başçımızın Türkmənistanda çox yüksək səviyyədə qarşılanması, aparılan müzakirələr, əldə olunan razılaşmalar bird aha ondan xəbər verir ki, Azərbaycan Prezidenti bu sahədə çox böyük işlər görüb və Türkmənistanla əlaqələrimiz yüksək səviyyəyə çatıb.
Türkmənistan eyni zamanda Xəzəryanı dövlətlərdən biridir. Bu yaxınlarda Xəzərin hüquqi status ilə bağlı əldə olunan razılaşmalarda Azərbaycanın çox böyük rolu olmuşdur. Xəzəryanı dövlətlərin biraraya gətirilməsində, o dövlət arasında razılaşmanın əldə olunmasında Prezidentimizin böyük zəhməti olmuşdur. Məhz onun nəticəsidir ki, bu gün Türkmənistanla Xəzər dənizi məsələsində də biz çox yaxşı uğurlu anlaşmalar əldə etmişik. Bu gün Türkmənistan bizim strateji mütəffiqimizə çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB