Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. SİA dövlət başçısının tərsümeyi-halını oxucuların diqqətinə yenidən çatdırır.

İlham Əliyevin 49 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-da müəllim işləyib.

 

Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İ.Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

 

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilib.

Azərbaycan prezidenti İlham Əliyevin aldığı mükafatlar:

 

Heydər Əliyev ordeni (Azərbaycan Respublikası)

Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə)

Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı)

Şərəf Ordeni (Gürcüstan)

Şeyxülislam Ordeni (Azərbaycan Respublikası)

Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy" birinci dərəcəli Ordeni

"Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası)

MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni"

FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni

"Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti)

Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan)

Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı

"Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi 2010-cu ilin noyabr ayında Buxarest şəhərində Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən baş nominasiya olan "İlin adamı 2010" mükafatının Azərbaycan prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edilib. Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgəsinin tərəqqisinə yetirdiyi xüsusi diqqətlə əsaslandırmış, regionun və eyni zamanda gələcək Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsini buna bariz nümunə olaraq göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə