Türkmənistan prezidenti dövlət televiziyasında çalışan 30 nəfəri işdən qovub

Türkmənistan prezidenti dövlət televiziyasında çalışan 30 nəfəri işdən qovub

Türkmənistanda dövlət televiziyasının axşam xəbərlərində tarakanın "səyahəti" 30 nəfərin işdən çıxarılmasına səbəb olub.

SİA-nın xəbərinə görə, Türkmənistanın axşam xəbərləri proqramı olan "Vətən"in buraxılışı hər zamankı kimi adi buraxılışlardan biri kimi başlayıb. Ancaq diktorun saat 21.00 xəbərlərini oxumağa başlaması ilə eyni vaxtda studiyadakı masanın üzərində iri bir tarakan peyda olub. Tarakan studiyaya "səfərini" uğurla başa vurduqdan sonra gözdən itib.

Eyni hal proqramın saat 23.00 buraxılışında da təkrarlanıb.

Ancaq masanın üstündə tarakanın gəzintisi telekanalın işçilərinə baha başa gəlib. Prezident Qurbanqulu Berdiməhəmmədov hadisəyə sərt münasibət göstərərək dövlət televiziyasında çalışan 30 nəfəri işdən çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə