Dekabrın 23-də Naxçıvan şəhərindəki Diaqnostika-Müalicə Mərkəzində ilk dəfə olaraq böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. SİA-nın xəbərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasından gəlmiş tibb heyəti donordan götürdüyü böyrəyi Babək rayonunun Didivar kənd sakini, 17 yaşlı Bulud Cabbarova köçürüb.
Həkimlərdən Mircəlal Kazımov, İlqar Əhmədov, Rauf Şahbazov, Kamran Feyzullayev, Elnur Fərəcov və başqalarının apardıqları cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Həkimlərin dediklərinə görə, əməliyyat zamanı heç bir problem yaranmayıb.
Hazırda xəstə reanimasiya şöbəsindədir və özünü yaxşı hiss edir.
Tibb heyəti dekabrın 24-də Kəngərli rayonunun Xok kənd sakini, 1975-ci il təvəllüdlü Həbib Cəfərova da böyrək köçürəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB