Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb

İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 23-də Türkiyəyə səfəri başa çatıb. SİA-nın xəbərinə görə, İstanbulun Atatürk Beynəlxalq hava limanında Azərbaycan dövlət başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola salıblar.

Prezident İlham Əliyev həmin gün Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlət başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə