"Türkmənistana səfər Azərbaycanın çox vektorlu xarici siyasətinin göstəricisidir" AÇIQLAMA-ÖZƏL
“Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri Azərbaycanın çox vektorlu xarici siyasətinin göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Səfər çərçivəsində dövlət başçıları arasında hər iki ölkənin gələcəyi üçün mühüm məsələlərin müzakirə edildiyini deyən deputat bildirib ki, səfər çərçivəsində dövlət başçılarının birgə bəyanatı, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb.
T.Rzayev vurğulayıb ki, Türkmənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir: “ Dövlət başçıları dost ölkə olan Azərbaycan Respublikası və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqlədilər. Prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd etdilər”.
Azərbaycanla Türkmənistanın türkdilli ölkələr sırasında olduğunu deyən deputat söyləyib ki, bu amil münasibətlərin inkişafında mühüm rol oynayır: “Ümumiyyətlə, son illər ölkələrimiz arasında əlaqələr daha da inkişaf edib. Xəzərin hüquqi statusunun müəyyənləşməsindən sonra münasibətlərin inkişafına yeni dinamizm var. Bütövlükdə isə hər iki ölkənin xalqlarını dərin tarixi köklər bağlayır. Azərbaycan və Türkmənistan xalqlarının tarix, dil, din bağlılığı var. Bu amil münasibətlərimin daha da güclənməsini zəruri edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri qarşılıqlı əlaqələrin daha da inkişafı baxımından böyük təkan olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB