“İrəvan-Moskva ziddiyyətləri Azərbaycanın xeyrinədir" ÖZƏL-RƏY

“İrəvan-Moskva ziddiyyətləri Azərbaycanın xeyrinədir" ÖZƏL-RƏY

“Ümumiyyətlə Ermənistanla Rusiyanın münasibətlərinin kəskinləşməsi artıq gərgin vəziyyət alıb”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, Avropa Birliyi Ermənistana 260 milyon yardım etməyə söz verib: “Amma AB-nin bununla bağlı şərtləri vardır. Təbii ki, həmin şərtlər də Rusiyanın əleyhinədir. İşğalçı ölkə ya bu yardımdan imtina etməlidir və əvvəlki kimi rusiyapərəst siyasət yeritməlidirlər, ya da bu cür manevlər etməklə Rusiya ilə münasibətləri tədricən korlamalıdırlar. Ermənistanla Rusiya arasındakı münasibətlərin kəskinləşməsi də məhz bu kontekstdə baş verir. Ya Paşinyan hakimiyyətdən getməlidir və əvvəlki hakimiyyətdə olan rusiyapərəstlər gəlməlidir, ya da onlar arasında olan münasibətlər korlana-korlana gedəcək. Təbii ki, bu da Azərbaycan tərəfinin xeyrinədir. Yəni forpost ölkə olan Ermənistan öz ağasına qarşı çıxarsa, gələcəkdə biz 20 faiz torpaqlarımızın geri qaytarılmasın, ərazi bütövlüyümüzün bərpasına nail ola bilərik. Yəni şərait Azərbaycanın xeyrinə olaraq dəyişməkdədir.

Qərb ölkələri də həmişə “doşana qaç, tazıya tut deyirlər”. İndi də Avropa Birliyi əgər Rusiyanın Ermənistanla münasibətləri korlanacağı təqdirdə heç ona dəstək də verməyəcək. Yəni hansısa dövlət gələcəkdə güclü dövlət olmaq, müstəqilliyini gücləndirmək istəyirsə birbaşa öz mənafeyindən çıxış etməlidir. Kimdənsə qrant, yardım almaqla yeridilən siyasət son nəticədə onun müstəqilliyinin əldən getməsinə və yaxud morenit bir rejimə gətirib çıxara bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə