YAP İsmayıllı rayon təşkilatında partiyanın 26 yaşı qeyd olunub
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə, iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 26 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ümummilli Lider Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərindən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində, məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır.
Daha sonra YAP İsmayıllı rayon təşkilatının sədr müavini Məhərrəm Əhmədov, Zaur Muradov və İvanovka bələdiyyəsinin sədri Oleq Radayev, dövlət qulluğu veteranı Valeh Salehov çıxış edərək, YAP-ın təsis olunmasından, həmçinin, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarından bəhs edib. Ümummilli Lider Heydər Əliyevin siyasi strategiyası və Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu olduğu vurğulanıb.
YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin sədri Qönçə Ağazadə, YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova tədbirdə çıxış edərək, partiyanın qadınların
inkişafı, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səylərindən danışıb. YAP-ın qadınların ictimai-siyasi proseslərdə daha yaxından iştirak etməsi üçün bir sıra uğurlu layihələrə imza atdığını və bu mənada, YAP İsmayıllı rayon təşkilatının nailiyyətlərinin də danılmaz olduğunu söyləyiblər.
Tədbirdə çıxış edən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb. Dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq, ölkə iqtisadiyyatının sürətli inkişafı, ictimai-siyasi sabitliyin davamlı bərqərar olunması dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqəsi təqdim edilib. Rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə bir qrup partiya fəalı Fəxri Fərmanla təltif olunub.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB