“Mənim addımım” seçki blokunun təbliğat kampaniyası yerlərdə ciddi proporsional prinsiplərlə aparılacaq. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır. “Məsələ ondadır ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan üçün ərazi siyahıları üzrə irəli sürülmüş namizədlərdən kimin nə qədər səs yığması ümumiyyətlə, əhəmiyyətli deyil, əsas diqqət blokun nə qədər səs toplayacağına yönəlib”, yazan erməni nəşri qeyd edir ki, başqa tərəfdən Paşinyan yaxşı anlayır ki, blok tərəfindən qeydə alınmış namizədlərin əksər çoxluğu çətin ki, istənilən səsləri toplaya bilsin, bu isə blokun səslərinin azalması və onun şəxsində, uğurun əldən verilməsi kimi də nəticələnə bilər.
“Əldə etdiyimiz məlumatlara görə, bütün namizədlərə öz təbliğatlarında birmənalı şəkildə Nikol Paşinyanın adını çəkmək tapşırılıb”, - yazan qəzet həmçinin bu mexanizmi də açıqlayıb. Mexanizmdə göstərilir ki, seçicilər məlumatlandırılarkən, Nikol Paşinyanın bülletendəki yeri mütləq izah olunacaq, sonra isə blokun digər namizədlərinin də yer aldıqları bülletenlərdə onların adları qarşısında işarələrin vurulmaları xahiş ediləcək. Bundan əlavə, “Mənim addımım” blokunun mərkəzi qərargahında namizədlərin hər bir addımı və işlətdikləri sözləri izləniləcək. “Ərazi üzrə namizədlərə də tapşırılıb ki, seçkiöncəsi təbliğat bukletlərində mütləq şəkildə Nikol Paşinyanın fotosu yer almalıdır. Əgər birinci səhifədə olmasa belə, minimum, ikinci səhifənin yuxarı hissəsində fotoşəkil yerləşdirilməlidir”, qəzet yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB