Əfqanıstan, BƏƏ və Qətər ərazilərində yerləşən Amerika bazaları, eləcə də Fars körfəzindəki aviadaşıyıcı gəmilər İran raketləri üçün əlçatan məsafədədir. SİA xəbər verir ki, bu barədə Reuters agentliyi İran İslam Respublikasının İslam mühafizəçiləri korpusunun hərbi-kosmik güclərinin komandanı əmir Əli Hacızadənin sözlərini yayıb.
“Onlar bizim hədəfimizə çata biləcək məsafədədirlər və biz onların hər hansı cəhdlərinə qarşı zərbə endirə bilərik”, deyən iranlı general əlavə edib ki, amerikalılara məxsus aviadaşıyıcı gəmilər İranın zərbə endirəcəyi hədəfləri sırasındadır.
Qeyd edək ki, ötən ay Hacızadə bəyan etmişdi ki, İran gəmi əleyhinə raketlərinin uçuş məsafəsini artırarıb və hədəflər 700 km uzaqlıqdan vurula bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB