Qorxmaz İbrahimli: “2013-ci il prezident seçkilərində bizim öz namizədimiz olacaq”

Qorxmaz İbrahimli: “2013-ci il prezident seçkilərində bizim öz namizədimiz olacaq”
"Qarabağ bloku" seçki bloku olub. Bunu Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, biz bu bloku seçki kampaniyası vaxtı yaratmışıq: "Hesab edirəm ki, ən uğurlu bloklardan biri olub. Aydınlar partiyası olaraq seçki bitdiyi üçün seçkidən sonra belə bir blokun davam etməsini istəmədik". Q.İbrahimli bildirib ki, bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik: "Blokdan olan tərəfdaşlarımızla münasibətlərimiz yaxşıdır. Gələcəkdə siyasi partiyalarla fəaliyyətimizin davamı olacaq. Biz hesab edirik ki, bu gün seçki bitdiyi üçün yaxında seçki kompaniyası olmadığı üçün bloka hələlik ehtiyac yoxdur. Təbii ki, 2013-ci il prezident seçkiləri var. Prezident seçkilərində bizim öz namizədimiz olacaq. Amma hər halda biz bu gün bir blokda əlimizi, qolumuzu bağlamaq istəmirik. Ümid partiyası və Azərbaycan Demokrat partiyası ilə çox gözəl münasibətlərimiz var. Bu münasibətlər sona qədər davam edəcək. Amma siyasi bir blok olaraq biz davam etmək istəmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə