Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edir

Dekabrın 23-də İstanbulda, "Çırağan" sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammiti işə başlayıb. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edir.

Türkiyə Prezidenti Abdullah Gül zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

2009-cu ilin martında Tehranda keçirilmiş X Sammitdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad zirvə görüşünü açdı.

İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik İrandan Türkiyəyə keçdi.

Türkiyə Prezidenti Abdullah Gül Sammitdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilat 1993-cü ildə BMT-də, bir il sonra isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb. Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistanın üzvü olduğu təşkilatın IX Sammiti 2006-cı ilin mayında Bakıda, X Sammiti isə ötən il Tehranda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə