"Dağlıq Qarabağın Azərbaycanlı İcması çox tənbəldir, passivdir" ÖZƏL-RƏY

"Dağlıq Qarabağın Azərbaycanlı İcması çox tənbəldir, passivdir" ÖZƏL-RƏY

“ATƏT-in Minsk Qrupunun həmsədlərinin işğal altındakı Dağlıq Qarabağda ermənilərin yaratdığı qondarma "Respublika"ya səfər etmələri təsadüfi deyil. Yəni ermənilər bilirlər ki, Brüsseldən daha çox Fransa faydalıdır. Ona görə ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Yəni Brüsselin Dağlıq Qarabağ tənzimlənməsinə təsir imkanları yoxdur. Buna Avropanın başqa paytaxtları da nümunə göstərilə bilər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, onların həmsədr ölkələrə səfər etmələrində məqsəd odur ki, öz əhalilərinə göstərsinlər ki, həmsədr ölkələr məhz Dağlıq Qarabağ ermənilərini dəstəkləyir: “Yəni Dağlıq Qarabağ məsələsində qondarma rejimin rolunun unudulmadığı, kənara atılmadığı barədə fikirləri möhkəmləndirmək üçün onlar çalışırlar ki, həmsədr ölkələrə səfərlər etsinlər. Minsk Qrupunun həmsədr ölkələrinin bu prosesə manaeçilik etməməsinə gəlincə, deyərdim ki, əslində heç bir həmsədr, rəsmilər ölkə Bako Saakyanın Fransaya, ABŞ səfərinə heç bir diqqət ayırmırlar.

Həmsədrlərin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovla görüşməməsinə gəlincə isə hesab edirəm ki, biz bu məsələdə aktiv olmalıyıq. Mən öz müsahibələrimdə, digər yazılarımda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin ABŞ-a, Fransaya səfərlərinin təşkili ilə bağlı mövzunu aktuallaşdırmışam. Hətta mən sizə dəqiq deyə bilərəm ki, gələn ilin noyabrın 12-də Bako Saakyan yenə Fransaya səfər edəcək, noyabrın 20-si aralığında isə ABŞ-da olacaq. Biz indidən çalışaq ki, o vaxta kimi Bayram Səfərovun, eləcə də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin digər təmsilçilərinin səfərlərinə nail olaq. Mən nəyə görə Bayram Səfərovu nəzərdə tuturam? Çünki ingilis, fransız dilini yaxşı bilən, eləcə də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyində olan elə bir adamımız ola bilər ki, onun Bayram Səfərovla birlikdə getməsi daha faydalıdır. Burada əsas məsuliyyət bizim öz üzərimizdədir. Bayram Səfərovun ABŞ-a, Fransaya səfəri təşkil olunacağı təqdirdə nə Fransa, nə də Amerika o səfərə maneçilik törədə bilməyəcək. Amerika bizə Bayram Səfərov və yaxud Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin təmsilçisinə nə maneçilik edə bilər?

Biz o qədər güclüyük ki, hətta istəsək Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin təmsilçisini ən azı Fransada 3-4-cü dərəcəli rəsmisinin qəbul etməsinə nail ola bilərik. Eləcə də ABŞ Dövlət Departamentində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısının köməkçisinin müşavirlərindən hansısa birinə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin təmsilçisini qəbul etdirə bilərik. Ona görə də biz bu istiqamətdə heç bir cəhd etməmişik. İkincisi hesab edirəm ki, hər şeyi açıq demək lazımdır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının özü çox tənbəldir, passivdir. Hətta bu qurumun rəhbərliyi xaricdən gəlib Bakıda onlarla görüşən nümayəndələrlə bağlı məlumatı yaymağa tənbəllik edir və gücü çatmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri gəlib görüşür bəyanat yayır amma bəyanatlarında oxuyuruq ki, həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyi ilə görüşüb. Bu ümumi dövlət işinə, Prezidentin siyasətinə əngəl yaradır. Ona görə də mən ilk növbədə Bayram Səfərovun dəvət olunmamasında məsuliyyəti öz tərəfimizdə, xüsusilə də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin passivliyində görürəm. Bu qurum iclasını keçirməli, özünü yenidən formalaşdırmalı və aktiv adamları ön plana çıxamalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə