“Narkomaniya və zərərli vərdişlərə “yox” deyək”

“Narkomaniya və zərərli vərdişlərə “yox” deyək”

Lənkəran şəhər Yaradıcılıq Mərkəzində "Narkomaniya və zərərli vərdişlərə "yox" deyək" mövzusunda seminar –treninq keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri üzrə Komissiyanın (YYÇİK) təşkilatçılığı ilə düzənlənən tədbirə 10 şəhər məktəbinin, Xarici dil təmayüllü gimnaziyanın yuxarı sinif şagirdləri, təhsil müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinləri və uşaq təşkilatı rəhbərləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan YYÇİK-nın məsul katibi Emin Quliyev bildirib ki, seminar-treninqin əsas məqsədi yetkinlik yaşına çatmayanlarda narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvür yaratmaq, müasir cəmiyyətdə uşaqlarda sağlam düşüncə tərzini formalaşdırmaqdır.

Mövzu ilə bağlı Lənkəran regional narkoloji dispanserin baş hakimi Vüqar Əliyev məruzə edib. Bu sahədə mövcud vəziyyət, narkomaniya və digər zərərli vərdişlərin qarşısını almaq üçün zəruri olan tədbirləri diqqətə çatdırıb.

Məruzə ətrafında Şəhər Polis Şöbəsinin, Şəhər Təhsil Şöbəsinin əməkdaşları və digər bu sahə üzrə mütəxəssislərin çıxışları dinlənilib.

Sonda seminar iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə