“Azərenerji” Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinin işığını kəsib
Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyəti Gəncədə içməli suya və tullantı suların axıdılmasına görə borcu olan abonentlərin mənzillərində reydlər keçirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhərin əsasən iri Gülüstan, Yeni Gəncə, Abbas Səhhət və digər qəsəbələrində aparılan yoxlamalarda il ərzində borcu olan abonentlərin siyahıları dəqiqləşdirilib və onlara ciddi xəbərdarlıq edilib.
Reydlər göstərib ki, abonentlərin əksəriyyəti içməli və tullantı suların axıdılması müqabilində nəzərdə tutulan ödənişləri etmir. Yoxlamalarda həmçinin ailə tərkibinin düzgün göstərilmədiyi və ya gizlədildiyi kimi faktlar da aşkar edilib.
Qeyd edək ki, vəziyyət o həddə çatıb ki, "Azərenerji" ASC Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinə verilən elektik enerjisini dayandırıb. Səbəb isə idarənin "Azərenerji"ə olan borcunu ödəyə bilməməsidir. Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, şəhər üzrə abonentlərin 50%-dən çoxu işlətdiyi suyun müqabilində dövlətə ödəniş etmir.
Reydlər bundan sonrada davam edəcək. Bu dəfəki yoxlamalardan fərqli olaraq, növbəti reydlər zamanı borcu olan sakinlərin su xətləri kəsiləcək.
Bu saatlarda daxil olan məlumatda isə bildirilib ki, "Azərenerji" Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinə elektirk enerjisi verilişini bərpa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB