Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRPA) II plenar iclası 2011-ci ildə Qazaxıstan Respublikasının paytaxtı Astanada keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə TÜRKPA-nın baş katibi Ramil Həsənov qurumun bir illik fəaliyyəti ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, II plenar iclasda Assambleyaya sədrlik Azərbaycandan Qazaxıstana keçəcək. Onun sözlərinə görə, plenar iclasda həmçinin qurumun tərkibində 3-4 komitənin yaradılması da nəzərdə tutulur.
Hazırda bununla bağlı hazırlıq işlərinin həyata keçirildiyini dilə gətirən R. Həsənovun sözlərinə görə, gələn il qurum beynəlxalq konfranslar da keçirməyi planlaşdırır.
"Gələn il Qazaxıstanın və Qırğızıstanın müstəqilliyinin 20-ci ildönümüdür. Bu münasibətlə də TÜRKPA müxtəlif formatlı tədbirlər keçirməyi nəzərdə tutur. Bundan əlavə 2011-ci ildə təşkilatın beynəlxalq əlaqələrin genişləndirilməsi planlaşdırılır. Bundan əlavə biz gələn il çalışacağıq ki, Beynəlxalq Parlamentlər Birliyi kimi digər təşkilatlara müşahidəçi statusu ilə üzv ola bilək",- deyə R. Həsənov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB