Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayevin məhkəmə prosesi təxirə salınıb
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayevin məhkəmə prosesi keçirilməli idi. SİA-nın məlumatına görə, məhkəmə baş tutmayıb. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən proses dekabrın 28-nə kimi təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanında yerləşən evə basqın ediblər. Bu zaman evdə iki azyaşlı uşaq olub. Basqınçılar evdə olan azyaşlılar Əmir Kərimlini və onun tanışı Qədir Azadlını tapança ilə hədələyib uşaqların əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min dollar və külli miqdarda qızıl zinət əşyaları aparıblar.
İstintaqla müəyyən edilib ki, həmin mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləmiş Mirzə Ağayev verib. Mirzə Ağayev bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. O da öz növbəsində tanışı Racu Mehrəliyevə adı çəkilən mənzildə külli miqdarda pulun olması barədə xəbər verib.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) və 228.1–ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB