Asim Mollazadə: “Ermənistan artıq beynəlxalq ictimaiyyətin münaqişənin həlli istiqamətində irəli sürdüyü təkliflərə rədd cavabı verib” - MÜNASİBƏT

Asim Mollazadə: “Ermənistan artıq beynəlxalq ictimaiyyətin münaqişənin həlli istiqamətində irəli sürdüyü təkliflərə rədd cavabı verib” - MÜNASİBƏT

"Ermənistan bu danışıqların artıq immitasiyasını aparmaqdan vaz keçib. Artıq Ermənistan beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəli sürdüyü təkliflərinə rədd cavabı verib və biz istəyirik ki, beynəlxalq təşkilatlar onların üzərinə düşən öhdəlikləri yerinə yetirsinlər". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar təcavüzkar ölkə olan Ermənistanı sülhə məcbur etmək üçün müvafiq qərarlar qəbul etməlidirlər. Belə ki, əgər bu addım atılmasa təcavüzkar regionda öz təcavüzünü genişləndirib və bölgədə sabitliyi poza bilər: "Bunun üçün biz çalışmalıyıq ki, sülhün əldə olunması istiqamətində müvafiq qərarlar qəbul edilərək addımlar atılsın və Azərbaycan müşahidəçi qismində iştirak etdiyi təşkilatlarda bu məsələ qaldırılsın".

 

Dağlıq Qarabağ problemini münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu formatından çıxarılıb digər beynəlxalq təşkilatlara təqdim edilə bilərmi? sualına cavabında politoloq deyib ki, burada söhbət formatdan getmir. Çünki hazırda önəmli olan həmsədr dövlətlərin tutduğu mövqedir. Əgər hər üç ölkənin Ermənistana təzyiq etməsə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş əldə olunmayacaq: "Söhbət hansısa bir beynəlxalq təşkilatın formatından getmir. Biz, yeganə bu proseslərdə təmsil olunmayan Avropa Birliyi ilə bilavasitə bu münaqişənin həllində fəal iştirakını istərdik. Eyni zamanda biz Dağlıq Qarabağ münaqişəsinin həllini Avropa dəyərləri müstəvisində görmək istəyirik. Onun üçündə təcavüzkar ölkə olan Ermənistan hüquqi və siyasi qiymətini almalıdır. Biz çox istərdik ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri olan ABŞ, Rusiya, Fransa Ermənistan millətini ciddi dəyərləndirsin və müvafiq qərarlar qəbul etsin. Əks halda biz bu münaqişənin həllində irəliləyiş görməyəcəyik".

 

ABŞ Konqresində qondarma soyqırımın müzakirə olunmasına gəlincə politoloq hesab edir ki, burada məqsəd bir nüansdan ibarət deyil. Belə ki, Ermənistan respublikasından daha güclü olan virtual Ermənistan gücünü nümayiş etdirmək istəyir: "Yaxınlarda Birləşmiş Ştatlarda oldum. Bis sıra görüşlər keçirdim. Artıq Amerikada da anlamağa başlayıblar ki, erməni lobbisinin fəaliyyəti birləşmiş Ştatların milli təhlükəsizliyinin mənafeyinə ziddir. Biz görüşlərimizdə bu məsələni diqqətinə onlara cəlb etməyə çalışdıq. Amerika dövləti özünün maraqlarını müdafiə etmək istiqamətində diasporanın fəaliyyəti cilovlanmalıdır. Bilirsiniz ki, çox güclü və zəngin olan və son zamanlar bunula bağlı məlumatlar yayıldı ki, hansısa bir cinayət fəaliyyətindən də vaz keçməyən bu diaspora Türkiyə və Azərbaycana qarşı öz fəaliyyətini böhtan və yalan kompaniyasını güclü aparır. Çox təəssüfki, diaspora maliyyə imkanlarından faydalanan amerikanın konqresmenləri də öz dövlətlərinin maraqlarına zidd iş görür".

Bütün xəbərlər Facebook səhifəmizdə