Demək olar ki, hər gün yeni-yeni kəşflərlə, ixtiralarla tanış oluruq. Bu kəşflər bir tərəfdən insanların həyatını daha komfort bir hala gətirsə də, digər tərəfdən insanların çörəyinə şərik olur. Elm və texnologiyanın inkişafının nəticəsidir ki, sayı dünyada 100 milyonlarla olan işsizlər ordusuna hər gün daha yeniləri əlavə olunur, robotlar insanların iş yerlərini əlllərindən almaqda davam edir. Hər gün yeni-yeni xəbərlər alırıq ki, filan ölkədə otellərdə insanlara robotlar xidmət göstərəcək, filan ölkədə tibb bacılarını robotlar əvəz edəcək və sair. SİA gələcək 50 ilə damğasını vuracaq kəşfləri təqdim edir. Bu kəşflər yuxarıda yazdığımız kimi, insanların bir hissəsinin həyat şəraitini yaxşılaşdırsa da, digərlərinin yaşam şərtlərinin daha da şətinləşdirir.
1. Bədənimizdə yeni orqanlar inkişaf etdirə biləcəyik. Qarşıdakı 50 il ərzində insanlar itirdiyi bir orqanı yenidən qazana biləcək. Hal-hazırda bəzi heyvanlar da bədənin itirdikləri bəzi hissələrini yenidən inkişaf etdirə bilirlər. Elm adamları orqanların, əl və ayaqların inkişafını təmin edən genetik kodların hüceyrələrin içində olduğunu söyləyir. Bəzi alimlər isə bu təməl böyümə kodunun insanların ana bətnidəki inkişafından sonra heç itmədiyini iddia edirlər.
2. Hidrogen yanacaqlarla işləyən texniki vasitələr artacaq. Son bir neçə ildə yanacaq batareyası ilə işləyən texnologiyası olan avtomobil modelləri istehsal olunsa da, bir müddət sonra hidrogenlə işləyən avtomobillər bazarda hakim olacaq.
3. Dənizin altına, ya da kosmosa səyahət adi hala çevriləcək. Artıq kosmosa səyahətlər o qədər artacaq ki, insanlar yeni il və digər tətil günlərində kosmosa gedə biləcək. Xüsusi texnoloji vasitələrlə dənizin dibinə səfərlər də mümkün olacaq.
4. Filmlərin hamısı animasiyalı olacaq. Kompüter mühitində yaradılan 3 ölçülü animasiyalar gerçək film oyunçularının yerini alacaq.
5. Ayda otellər açılacaq. Kosmos turizmində yeni bir dövr başlayacaq və artıq insanlar Ayda fəaliyyətə başlayan otellərdə bir müddət qala biləcək.
6. Telefon danışıqları mətn kimi yazılacaq. Mobil telefonlarında tətbiq olunacaq yeni texnologiya ilə fərqli səslərə sahib insanlar yazmaq istədikləri məlumatı mətn halında avtomatik olaraq yaza biləcəklər. Daha sonra mətn araşdırıldığında kimin hansı hissəsi yazdığı bilinəcək.
7. Antarktika üzərindəki ozon təbəqəsi yenilənəcək. Bu isə ozon təbəqəsini nazikləşdirən qazlardan istifadənin azaldılması və beynəlxalq əməkdaşlıq baxımından böyük bir uğur olacaq.
8. Qasırğalar idarə oluna biləcək. Bu isə təyyarələr vasitəsilə mümkün olacaq.
9. Su yosunlarından yanacaq istehsalı artacaq. Bunun nəticəsində yanacaqlar daha ucuz olacaq. Külək əhəmiyyətli enerji mənbəyi kimi istifadə ediləcək. Qarşıdakı 10-15 il ərzində külək generatorlarının gücü xeyli artacaq və elektrik enerjisi ehtiyacının böyük bir hisəsi də külək generatorları vasitəsilə təmin ediləcək.
10. Möcüzəvi robot paltarı geyənlər öz ağırlıqları ilə tullana biləcəyi hündürlükdən 10 dəfə çox hündürlüyə tullana biləcək.
11. Görünməz ola biləcəyik. Görünməz olmağımızı təmin edən bu paltar ilə üzərimizə əks olunan işıq dalğalarını geri əks etdirə biləcəyik.
12. İnsan ömrü uzanacaq. Hüceyrələrin yenilənmə texnologiyası ilə insan ömrü indikindən daha uzun olacaq. Sintetik biologiya sayəsində orqan, ya da toxumanı itirməkdənsə oradakı xəstəlik müalicə ediləcək və hüceyrə öz-özünü yeniləyəcək.
13. İnsanlar robotlarla evlənə biləcəklər. 2050-ci illərdə insanların robotlarla evlənməsi qanuniləşdiriləcək.
14. Televiziya kanalları ortadan qalxacaq. 2050-ci ildə televiziya kanalları ortadan qalxacaq. İnsanlar əllərindəki menyu vasitəsilə proqram seçəcəklər. Televiziyadakıları yalnız görməyəcək, eyni zamanda onları iyləyəcək və onlara toxuna biləcəyik.
15. Avtomobillərin sürətini kompüterlər nizamlayacaq. Avtomobillərdə sürət nizamlayıcı komputer olacak və bununla da qəzalar daha az olacaq.
16. Korluq və karlığı ortadan qaldıran elektronik alətlər istehsal olunacaq. Birbaşa beyinə bağlanan bu alətlər sayəsində insanlar görə və eşidə biləcəklər.
17. Fabriklərdə robotlar işləyəcək. 50 ildən sonra fabriklərdə 24 saat ərzində yorulmayan robotlar işə başlayacaq. Evdə, məktəbdə, iş yerlərində, xəstəxanalarda, dükanlarda və fabriklərdə robotları görməyə alışacayıq.
18.Evlərin damında günəş enerjisini elektrik enerjisinə çevirəcək aparatlar xeyli artacaq.
19. Klonlamayı bacaran elm adamları genlər vasitəsilə doğulacaq uşağın görünüşünə və xarakterinə istiqamət verə verə biləcəklər.
20. Yaddaşı silmək mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB