Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan Respublikası İraq xalqını dəstəkləyir və mövcud tarixi və mədəni əlaqələrin genişlənməsində və möhkəmlənməsində maraqlıdır.
"Azərbaycan Respublikası Nuri əl-Malikinin başçılıq etdiyi yeni hökumətin təşkil edilməsini alqışlayır və inanır ki, yeni yaradılmış İraq hökuməti ölkədə sabitliyi və təhlükəsizliyi təmin edəcək, İraq xalqının tərəqqisinə və rifahına xidmət edəcək", - deyə bəyanatda vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB