Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb
Dekabrın 22-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
SİA-nın xəbərinə görə, ölkələrimiz arasında strateji tərəfdaşlığa söykənən dostluq münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB