Azərbaycanın qeyri-hökumət təşkilatları Tomaş Porebanın Dağlıq Qarabağa səfərinə etiraz olaraq bəyanat yayıblar

Azərbaycanın qeyri-hökumət təşkilatları Tomaş Porebanın Dağlıq Qarabağa səfərinə etiraz olaraq bəyanat yayıblar

Azərbaycanın qeyri-hökumət təşkilatları Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi Tomaş Porebanın rəsmi Bakıdan icazəsiz işğal altında olan Dağlıq Qarabağa səfərinə etiraz olaraq bəyanat yayıblar. Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından SİA-ya verilən məlumata görə, bəyanatda T. Porebanın Dağlıq Qarabağ ermənilərinin lideri ilə görüşərək onlara heç bir hüquqi qüvvəsi olmayan vədlər verdiyi, Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünə qəsd sayılacaq bəyanatlar səsləndirdiyi qeyd olunub.

T. Porebanın qanunsuz səfərinə etiraz edən QHT-lərin bəyanatında Avropa Parlamenti deputatının bu addımı beynəlxalq diplomatiya etikasına tamamilə zidd hərəkət kimi qiymətləndirilib. Bu səfər eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə və millətçi separatizmə Tomaş Porebanın dəstəyi kimi dəyərləndirilməli və o, ölkəmizin ərazisində persona non-qrata elan edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə