Türk Hava Yolları Bakı reysinin açılışının 20 illiyini qeyd edəcək

Türk Hava Yolları Bakı reysinin açılışının 20 illiyini qeyd edəcək
Gələn il mart ayının 25-də Türk Hava Yollarının (THY) Bakı reysinin açılışının 20 illiyi qeyd ediləcək. SİA-nın məlumatına görə, Türkiyə açılışın qeydiyyat mərasimi üçün xüsusi hazırlıq tədbirləri görür.

THY-nın Bakıdakı müdiri Mehmet Akkaya, açılış mərasimi ilə əlaqədar Türkiyədən ölkəmizə gələn media orqanlarını qəbul edib. Görüş zamanı jurnalistlərin suallarını cavablandıran Akaya bildirib ki, iki qardaş ölkə arasında 20 il əvvəl başlayan təyyarə səfərləri sürətlə artır: "Bu il Bakı xəttinin açılışından 20 il keçir. Biz bu ili xüsusi qeyd edəcəyik. 20 il ərzində Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələri sürətlə inkişaf edib və səfərlərin sayı getdikcə artır. Bu da onu göstərir ki, qardaş ölkələr arasında hər sahədə olduğu kimi, turizm sahəsində də irəliləyişlər əldə edilir".

Mehmet Akkaya onu da qeyd edib ki, Azərbaycan Hava Yolları ilə əlaqələr müsbət xətt üzrə inkişaf edir: "Azərbaycanla əməkdaşlıq əlaqələrimiz yüksək səviyyədə qurulub. İstanbul-Bakı aviareysində biletlərin satışı 80% təşkil edir".

Bakı reysində hərəkət edən yolçuların sayının artırılacağını deyən Akkaya 2011-ci ildə əlaqələrin daha da genişlindiriləcəyini vurğulayıb: "Bu il təxminən 240 min sərnişin daşımıışıq. Gələn il bu rəqəmin 20-30 % artırılacağı nəzərdə tutulub. Artan tələbi qarşılamaq üçün isə İstanbul -Bakı səfərlərinin sayını artırmağı planlaşdırırıq. Belə ki, yay aylarında Antalya-Bakı reysini işə salmaqla məqsədimiz gündə 3 dəfə olan səfərlərin sayını 4-ə çatdırmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə