Azerfon-Vodafone və Alma Store birgə kampaniyaya start verdilər

Azerfon-Vodafone və Alma Store birgə kampaniyaya start verdilər

Alma Store mağazalar şəbəkəsindən Apple məhsullarını alanlar üçün Azerfon-Vodafone xüsusi təklif hazırlayıb.

SİA-nın xəbərinə görə, Alma Store mağazalar şəbəkəsindən yeni iPhone, İpad və MacBook alan hər bir kəs Azerfon-Vodafone-dan hədiyyə paketini əldə edir. Paketə Azerfon-Vodafone SİM kartı, 1 il ərzində hər ay ölkədaxili 200 dəqiqə danışıq, 100 SMS və 100 Mb internet daxildir.

Alma Store mağazalar şəbəkəsindən iPad alanlar üçün Azerfon-Vodafone Azərbaycanda analoqu olmayan Mikro SİM kart və hər ay 500 Mb interneti 1 il ərzində pulsuz təqdim edir.

Macbook Pro noutbuklarını Alma Store mağazalar şəbəkəsindən alanlar üçün Azerfon-Vodafone növbəti hədiyyə paketini təklif edir. Bu paketə 3G+modem və 6 ay müddətində hər ay 1 Qb internet trafiki daxildir.

Qeyd etmək lazımdır ki, Azerfon-Vodafone MikroSim kartı alıcılara sürətli simsiz internetlə unikal mobillik imkanlarını təqdim etməklə yanaşı, dünyada çox populyar olan Apple iPad planşetinin üstünlüklərindən tam istifadə üçün şərait yaradır.

Azerfon-Vodafone Azərbaycanda dünya standartlarına uyğun və 3G texnologiyası bazasında simsiz genişzolaqlı internet təklif edən ilk mobil operatordur. 3G texnologiyası əsasında istifadəçilərə 7,2 Mb/saniyəyə qədər sürətlə mobil internet təklif olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə