Hüseyn Paşayev: "Yeni Azərbaycan Partiyası dekabrın 24-də ağacəkmə aksiyası keçirəcək" - AÇIQLAMA

Hüseyn Paşayev: "Yeni Azərbaycan Partiyası dekabrın 24-də ağacəkmə aksiyası keçirəcək" - AÇIQLAMA
Yeni Azərbaycan Partiyası (YAP) 2010-cu ilin əvvəlində elan olunmuş "Ekologiya ili" çərçivəsində bir sıra rayon və şəhərlərdə yaşıllaşdırma aksiyaları həyata keçirir. Bu barədə SİA-ya YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. O bildirib ki, aksiyaların davamı olaraq Partiya tərəfindən həyata keçiriləcək növbəti ağacəkmə aksiyası Bakının Nərimanov rayonunda (Dövlət İqtisad Universitetinin Nərimanov rayonundakı filialının arxasında) reallaşacaq.

Onun sözlərinə görə, aksiya Nərimanov Rayon İcra Hakimiyyəti ilə birlikdə cari ilin dekabrın 24-də baş tutacaq: "Aksiya zamanı 5 mindən artıq ting və bəzək kollarının əkilməsi nəzərdə tutulur. Tədbirdə Yeni Azərbaycan Partiyasının rəhbərliyi, o cümlədən partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak edəcəklər".

Dekabrın 24-də YAP Səbail rayon Təşkilatının yeni inzibati binasının açılış mərasiminin keçiriləcəyi haqda da məlumat verən H.Paşayev bildirib ki, açılış mərasimində YAP-ın sədr müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri və Milli Məclisin deputatları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə