Lənkəran İcma Məlumat Mərkəzi "Meydan" ictimai – sosial dinləmə layihəsi çərçivəsində "Diplom yoxsa Savad" mövzusunda ictimai müzakirə keçirib. SİA-nın cənub bürosunun məlumatına görə, müzakirədə valideynlər, tələbələr, kütləvi informasiya vasitələrinin nümayəndələri, gənc bloqqer və hüquqşünaslar iştirak ediblər.
Universitet və kollec məzunları "Meydan"da diplomun heç də bəzən əsas rol oynamamasından, eyni zamanda, üzləşdikləri problemlərdən söz açıblar. Digərləri, savadlı və perspektivi olan gəncər isə diplomları olmadıqları üçün mövqe tuta bilmədiklərindən gileyləniblər.
Müzakirənin sonunda iştirakçılar iki hissəyə ayrılaraq fikirlərini debat şəklində ifadə ediblər. "Meydan"nın sonunda iştirakçıların ümumi qənaəti bu olub ki, həm savad, həm də diplom həyatda mövqe tutmaq üçün olduqca önəm daşıyan amillərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB