Mahmud Kərimov: “Quba məzarlığının qorunub saxlanması üçün müəyyən işlər görülür, amma əfsus ki, işlər hələ ləng gedir” - AÇIQLAMA

Mahmud Kərimov: “Quba məzarlığının qorunub saxlanması üçün müəyyən işlər görülür, amma əfsus ki, işlər hələ ləng gedir” - AÇIQLAMA
"Biz Azərbaycan Milli Elmlər Akademiyası Quba məzarlığının konservasiyası ilə bağlı təkliflərimizi vermişik. Məzarlığın qorunub saxlanması üçün müəyyən işlər görülüb. Amma yerli orqanlar da bu məsələyə qarışmalı və bizə dəstək olmalıdır". Bu barədə SİA-ya AMEA-nın prezidenti Mahmud Kərimov məlumat verib. O bildirib ki, hazırda Quba məzarlığında muzeyin yaradılmasından söhbət gedir. Onun sözlərinə görə, bu muzey ya Quba rayon İcra Hakimiyyətinin Muzeyi kimi, ya da Arxeologiya və Etnoqrafiya İnstitutunun bir bazası, filialı kimi fəaliyyət göstərsin.

"Orada daim hansısa mütəxəssislər işləməlidirlər ki, həm nəzarət olsun, həm də abidənin qorunmasını təmin etsinlər. Müəyyən işlər görülür, amma əfsus ki, işlər hələ ləng gedir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə