“Yeni il şənliyində qış möcüzəsi”ni internet istifadəçiləri canlı olaraq izləmək imkanı qazanacaqlar - FOTO
Heydər Əliyev Sarayında keçiriləcək "Yeni il şənliyində qış möcüzəsi" adlı konserti internet istifadəçiləri www.ha-saray.az rəsmi internet portalı vasitəsilə canlı olaraq izləmək imkanı qazanacaqlar. Bu barədə SİA-ya Sarayın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Sarayın təşəbbüsü ilə keçiriləcək bütün konsertlər bütöv olaraq, digər konsertlər isə 10 dəqiqəyə yaxın paylanacaq.
Bu yeniliklə yanaşı, sürpriz olaraq xalq artisti Zülfiyyə Xanbabayeva uşaqlar üçün xüsusi hazırlanan mahnılar ilə konsertdə çıxış edəcək. Belə ki, 4 gün baş tutacaq yeni il şənliyində müğənni səhnədə olacaq.
"Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Səyyah", "Azəri inciləri" və "Şənlik" rəqs kollektivləri uşaqlara öz töhvələrini verəcəklər.
Bununla yanaşı, sarayda yeni istifadəyə verilən led ekranlardan da 2 tərəfdə istifadə olunacaq ki, uşaqlar onun vasitəsilə konsert başlamazdan öncə darıxmasınlar deyə ekranda (HD formatda) yüksək keyfiyyətdə yeni ilə aid cizgi filmlərinə baxa biləcəklər. Həmçinin sarayın foyesində animatorlar da olacaq ki, bununla da uşaqlar tanınmış cizgi film qəhrəmanları tərəfindən qarşılanacaqlar.
Yeni ilin personajı sayılan Şaxta Baba, milli və xarici nağıl qəhrəmanları uşaqları təbrik edənlərin sırasında olacaq. Şənlikdə həmçinin bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq.
Yeni il şənliyi saat 13.00-da başlayacaq. Biletləri şəhərin bütün kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti: 4 manatdan- 11 manata qədərdir. Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərinidə ön sıralarda təmannasız yer ayıracaq.
Məlumat üçün bildirək ki, "Yeni il şənliyində qış möcüzəsi" Heydər Əliyev sarayının təşkilatçılığı ilə hayata keçirilir.
Qeyd edək ki, yeni il şənliyinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB