Mahmud Kərimov: “Çalışacağıq ki, gələn ilin yazında doktoranturaya birinci qəbulu həyata keçirək” - MÜSAHİBƏ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun SİA-ya müsahibəsi
- Artıq Nazirlər Kabineti tərəfindən "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nı təsdiqləyib. Bundan sonra, hansı işlər görüləcək və doktoranturaya qəbul nə vaxt aparılacaq?
- Düzdür, artıq doktoranturaya qəbul keçiriləcək müəssisə və təşkilatları siyahısı təsdiq olunub. İndi bu yerlərə planlar hazırlanmalıdır ki, hər ixtisasa neçə nəfər qəbul olunacaq. Hazırda bu istiqamətdə iş gedir. Akademiyadan başqa digər elmi müəssiələrə, təşkilara da məktublar yazıb göndərmişik ki, onlar öz təkliflərini, planlarını versinlər. Bu plan təsdiq olunduqdan sonra elan veriləcək. Yalnız bundan sonra qəbulu başlamaq olar. Çalışacağıq ki, gələn ilin yazına qədər həll olunsun və yazda birinci qəbulu həyata keçirə bilək.
- Bildiyimiz kimi, bu il ilk dəfə olaraq doktorantura təhsili vətəndaşlar üçün ödənişli olacaq. Bu zaman illlik təhsil haqları necə müəyyənləşdiriləcək?
- Azərbaycan Milli Elmlər Akademiyasında ödənişli təhsil ancaq xarici vətəndaşlar üçün nəzərdə tutulur. Öz vətəndaşlarımız üçün təhsil pulsuzdur. Biz belə qəbul etmişik, ancaq başqa müəssisələrdə təhsil haqlarının necə olacaqları barədə bir söz deyə bilmərəm. AMEA-nın nəzdindəki müəssisələrdə pulsuz olacaq. Ümumiyyətlə, bu gələcək illər üçün də belə nəzərdə tutulub. Məncə, pullu aspirantura, dissertantura qurtaranın pulun hesabına elmi dərəcə alması düzgün deyil. Qanunvericilik ödənişli təhsilə imkan versə də, biz pullu təhsili ancaq xarici vətəndaşlar üçün nəzərdə tutmuşuq. Qanunda dəqiq yazılmayıb ki, bu xarici və ya yerli vətəndaşlar üçün tətbiq olunsun. Sadəcə biz belə qəbul etmişik ki, doktorantura təhsili öz işçilərimiz, azərbaycanlı gənclərimiz üçün qəbul pulsuzdur.
- Doktoranturaya qəbulun gecikməsi gələcəkdə elmin inkişafına nə dərəcədə mənfi təsir göstərəcək?
- Təbii ki, bunun müəyyən dərəcədə mənfi təsiri olacaq. 2 il gənclərin doktoranturaya qəbul olmaması gələcəkdə öz mənfi təsirini göstərəcək. Əvvəllər doktoranturaya ildə iki dəfə qəbul keçirilirdi. İndi də bizə icazə verilsəydi ildə iki dəfə elan verə və qəbul təşkil edə bilərdik. İmtahanın ildə iki dəfə keçirilməsi məsələsini isə gərək aidiyyatı qurumlarla razılaşdıraq.
- Bu gün cəmiyyətdə belə bir fikir səsələnir ki, 40 yaşdan sonra elmlə məşğul olmağın heç bir mənası yoxdur. Azərbaycanda isə elmi işləri müdafiə edənlər, alimlər 40 yaşdan yuxarıdır. Sizin bu fikirlərə münasibətiniz necədir?
- Bu fikirlə razılaşa bilmərəm ki, 40 yaşdan sonra elmlə məşğul olmağın heç bir mənası yoxdur. 40 yaşı elə ən böyük yaradıcılıq illəridir. Əlbəttə, adətən bizdə doktoranturaya daha cavanlar qəbul olunur və onlar 40 yaşında artıq elmlər doktoru, elmi dərəcə alırlar. Ancaq elə sahələr var ki, burada 40, 50 yaşda da məhsuldarlıqla fəaliyyət göstərmək mümkündür.
- Bu gün Azərbaycan elminin, alimlərin cavanlaşması üçün nə kimi işlər görülməlidir?
- Bu adi sözlərlə demək olmaz. Böyük bir proqram qəbul olunmalıdır, dövlət proqramı olmalıdır, kompleks şəkildə onların əmək haqları, mənzil təminatı öz həllini tapmalıdır. Bundan əlavə, gənclərin elmə cəlbini stimullaşdırmaq üçün müəyyən güzəştlər, imtiyazlar olmalıdır. Əlbəttə, bütün bunlar kompleks şəkildə baxılıb qəbul olunmalıdır. Gələn il üçün gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənəd hazırlayır. Hər halda indi belə bir istiqamətlərin hazırlanması üzərində işləyirik. Burada da gənc alimlərin sosial problemlərinin həlli istiqaməti, o cümlədən mənzillə təminatı, əmək haqqı və digər məsələlər öz əksini tapıb. Əgər ikisi bir proqram kimi qəbul olunsa, bu hər halda gənclərin vəziyyətini xeyli yaxşılaşdıracaq. Nə qədər alimin sosial problemlərlə qarşılaşdığının statistikasını aparmamışıq. Ancaq onların sayı çoxdur. Bir çox tələbələr gəlib yataqxanada qalırlar, sonra onlar aspiranturaya qəbul olunur, tələbə yataqxanasından çıxarılırlar. Bizim akademiyanın isə öz yataqxanası olmadığından onlar kirayədə və ya hansısa qohumunun evində yaşamaq məcburiyyətində qalırlar. Bu problem var və çox ciddi bir problemdir. Məncə onların mənzillə bağlı problemləri həll olunmalıdır.
- Gələn il YUNESCO-Yaponiya hökuməti və AMEA arasında imzalanan üçtərəfli müqavilə çərçivəsində YUNESCO ekspertlərinin ölkəmizə səfəri gözlənilirmi?
- Qeyd edim ki, gələn ilin yanvar ayında YUNESCO ekspertləri Azərbaycana səfər edəcək. Elmi texnologiya, innovasiya üzrə onlar öz təkliflərini hazırlayıb bizə təqdim edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB