Aqşin Mehdiyev: “BMT-də işğal olunmuş ərazilərdə vəziyyətə dair qətnamə layihəsinin müzakirəsi üçün faktaraşdırıcı missiyanın məruzəsini gözləyirik”
BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə layihəsinin müzakirəsinin təxirə salınmasını normal bir hal kimi qəbul etmək lazımdır. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev deyib. O bildirib ki, BMT-də sessiyalar başlayanda katiblik gündəlikdə olan məsələləri müxtəlif tarixlərə salır.
A.Mehdiyevin sözlərinə görə, sonra həmin məsələyə aidiyyəti olan ölkələr özünə müvafiq olan tarixi seçir və o, katibliyin təyin etdiyi günü keçirir: "Bizdə də eyni vəziyyət idi. Sadəcə dekabrın 13-də məsələni müzakirə etməyi məsləhət bilmədik. Çünki dəfələrlə bəyan etmişik ki, biz həmsədrlərin işğal olunmuş ərazilərə getmiş faktaraşdırıcı missiyanın məruzəsini gözləyirik. Məruzə hazır olub Azərbaycan tərəfinə təqdim olunandan sonra biz artıq öz fikrimizi bildirəcəyik".
BMT-də növbəti dəfə müzakirələrin nə vaxt aparılmasına gəlincə, səfir vurğulayıb ki, həmsədrlərin işğal olunmuş ərazilərə getmiş faktaraşdırıcı missiyanın məruzəsini aldıqdan, onunla tanış olduqdan sonra məruzənin özündən və keyfiyyətindən asılı olaraq qərarımızı verəcəyik.
Daha sonra A.Mehdiyev ATƏT-in qiymətləndirmə missiyasının işğal altında olmuş ərazilərdəki hesabatının BMT-də müzakirə olunub olunmaması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ onlardan asılıdır: "Qabaqcadan heç nə demək istəmirdim. Gəlin məruzəni alaq, görək necədir, nə var nə yoxdu, sonra həmin məsələyə qayıdaq. Mən sadəcə ATƏT-in qiymətləndirmə missiyasının işğal altında olmuş ərazilərdəki hesabatını BMT-yə üzv dövlətlər arasında yaya bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB