Yasamalda qəsdən yanğın törədən şəxs yaxalanıb

Yasamalda qəsdən yanğın törədən şəxs yaxalanıb

Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində Kərim Kərimova, Gülnarə Hacıyevaya və Təranə İsmayılova məxsus ümumi sahəsi 100 kv.m olan 3 mənzilin yanar konstruksiyaları əşyalarla birlikdə yanmasını qəsdən törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən SİA-ya verilən xəbərə görə, idarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanğını Gülnarə Hacıyevanın həyat yoldaşı, əvvəllər məhkum olunmuş Yalçın Hacıyev tərəfindən törədildiyi müəyyən edilib. Y. Hacıyev polis tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, hadisə nəticəsində sakinlərdən Pirməmməd Abdullayev yanıq xəsarəti ilə 8 saylı təcili yardım stansiyasında yardım aldıqdan sonra evə buraxılıb eyni zamanda yaşayış binasına külli miqdarda maddi ziyan dəyib. Yanğın səhər saat 05:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə