Ceyhun Osmanlı: “İrəli İctimai Birliyi Azərbaycanda keyfiyyətcə yeni gənclər obrazının yaradılmasında öz sözünü deyə bildi” - AÇIQLAMA
"2010-cu ilə başlamazdan əvvəl 2009-cu ilin sonunda bu il üçün strateji hədəfimiz var idi. Bu müəyyən istiqamətlər üzrə bəlli sayda gəncləri əhatə etmək və bu istiqamətdə real təkliflər verə bilmək idi". Bu sözləri "İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı SİA-ya açıqlamasında deyib. O bildirib ki, cari ildə təşkilatın əsas hədəflərindən biri gənclərin Azərbaycan tarixinə olan marağının artırılması idi ki, bu məqsədlə 2010-cu ildə history. az adlı portal yarandı: "Bu ana qədər Azərbaycanda belə bir portal demək olar ki, yox idi. Portalda Azərbaycan və dünya tarixi ilə bağlı kitablar orada öz əksini tapıb. Son 8 ay ərzində təxminən 300 minə yaxın kitab yükləmə rəqəmi var. Eyni zamanda bizim təşkilatın informasiya texnologiyaları mərkəzi belə bir məqsəd qoymuşdur ki, bu il ərzində işğal altında olan bütün bölgələrin bloqları yaradılsın. Bu layihə uğurla başa çatıb".
Cari ildə "İrəli" prodakşının fəaliyyətinin uğurlu olduğunu deyən C.Osmanlı bildirib ki, bir il müddətində təşkilatın beynəlxalq əlaqələri çox gözəl inkişaf edib. Onun sözlərinə görə, bu il ərzində qurum 3 yeni beynəlxalq təşkilata üzv olub: "2010-cu ildə 60-a yaxın ölkə ilə əlaqələr qurulub və bu əlaqələr inkişaf etməkdədir. Həm yerli, həm də beynəlxalq partnyorlarımızın sayı artıb. Media partnyorlarımızın sayı 65-i keçib. Bu müddət ərzində təşkilat üzvlərinin bir sıra ölkələrə xarici səfərləri təşkil edilib".
Cari ildə qurumun həyata keçirdiyi layihələr haqqında söz açan təşkilat sədri vurğulayıb ki, 2010-cu ildə reallaşan layihələrin sayı 100-dən artıq olub: ""İrəli"nin 2009-2010-cu il fəaliyyətli 100 mindən çox gənci əhatə edib. Üzvlərimizin sayı 12 mini keçib. Ümumiyyətlə, bu il "İrəli" üçün çox aktiv bir il oldu. "İrəli" Azərbaycanda keyfiyyətcə yeni gənclər obrazının yaradılmasında öz sözünü deyə bildi. Bu gənc obrazı öz milli-mənəvi soykökünə sahib çıxan, eyni zamanda da dünyada gedən muasir tendensiyalarla ayaqlaşmağı bacaran, mənəvi dəyərlərə sadiq bir obrazdır. Bu il olduğu kimi gələn il, ümumiyyətlə gələcəkdə də təşkilatımız ölkəmizin inkişafında mühüm rola malik olan insan faktorunun formalaşmasında müsbət rol oynamağı öz üzərinə götürüb".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB