Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 100kv.m olan 3 mənzilin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətidnən SİA-ya verilən xəbərə görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, yanğınsöndürənlər binanın 1-ci mərtəbəsini və qonşu binaları yanğından mühafizə ediblər.
Hadisə nəticəsində xəsarət alan olmasada yaşayış binasına külli miqdarda maddi ziyan dəyib. Yanğın saat 05:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğın qəsdən törədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB