"Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir"

"Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir"

“Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsin təmin edirlər və hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə 2019-cu ilin büdcəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa onun 50 faizi həmin təşkilatların hesabına keçir: “Hesab edirəm ki, əgər rayon öz büdcəsin yerinə yetirirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın ki, o qalan büdcədən də sosial xərclərə sərf etsin. Bu çox vacib olan bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.

S.Novruzov qeyd edib ki, Azərbaycanda yeni tikilən xəstəxanalar, idman komplekslərini hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir: “Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər. Bu addım həmin rayonlara sərmayələrə gətirə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə