“Düşünmürəm ki, audioyazını eşidən insanlar belə bir nəticəyə gəlsinlər” CON BOLTON

“Düşünmürəm ki, audioyazını eşidən insanlar belə bir nəticəyə gəlsinlər” CON BOLTON

ABŞ hakimiyyəti səudiyyəli jurnalist Camal Kaşıkçının öldürülməsini əks etdirən audioyazı ilə bağlı cinayət ittihamlarının Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səuda qarşı yönəldilməsini rədd edir. SİA Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton bu fikirlərini Sinqapurda keçirilən AEAN sammitində jurnalistlərlə söhbətində deyib.

Bolton bildirib ki, şəxsən onun özü Türkiyə hakimiyyəti tərəfindən göndərilmiş sözügedən audioyazını eşitməyib. Lakin jurnalistlərin bu məsələdə səudiyyəli vəliəhdin günahlandırılması iddialarını rədd edib.

“Düşünmürəm ki, audioyazını eşidən insanlar belə bir nəticəyə gəlsinlər və bu, birmənalı olaraq, səudiyyə hakimiyyətinin mövqeyi deyil”, amerikalı siyasi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə