REAL “ana müxalifət” partiyası olmaq iddiasını ortaya qoyub
Siyasi gündəmdə qalmaq üçün müxtəlif siyasi gedişlər edən müxalifətçi siyasi partiyalardan biri də İlqar Məmmədovun sədri olduğu REAL təşkilatıdır. Belə ki, gah hər hansı bir “ideya” ətrafında təşəbbüskar, gah da ittiahmedici mövqeyindən çıxış edən adıçəkilən siyasi qurum, məhz bu vasitə ilə düşərgə arenasında planlaşdırdığı iddialarını reallığa çevirməyə çalışır. Əbəs deyil ki, istər REAL-ın sədri İ. Məmmədov həbsdə olanda, istərsə də həbsdən azadlığa çıxandan sonra, düşərgədaxili məsələlərdə fərqli fikirlər səsləndirən qurum təmsilçiləri daha çox qarşı tərəflərə ittihamlar irəli sürür, hətta təşəbbüskar rolunda çıxış edirdilər.
Bəzi partiyalar həmin “ideyalara” dəstək verəcəklərini desələr də, digərləri müxtəlif yollarla bundan imtina edirlər
Bu gün də eyni hal davam etməkdədir və söz yox ki, uzun illər düşərgədə təmsil olunan ənənəvi partiyalar – AXCP, Müsavat, AMİP, VİP, ADP, Ümid, KXCP və sairləri ya belə təşəbbüslərə barmaqarası baxırlar, yaxud, necə deyərlər, “xalaxətrinqalmasın” mənasından çıxış edərək, saxta dəstəklərini sərgiləyirlər.
Söz yox ki, bütün bunların arxasında dayanan əsas məqsəd, REAL-ın partiyaya çevrildikdən sonra indi də təmsil olunduğu düşərgədə “ana müxalifətçilik” maraqlarını təmin etmək arzusundadır. Ona görə də, gah bu, gah da digər “ideyalarını” işə salaraq, müxalifət düşərgəsindəki partiyaların bu “ideyalarına” dəstək vermələrini, imza atmalarını istəyir. Düzdür, bəzi partiyalar həmin “ideyalara” dəstək verəcəklərini desələr də, digərləri müxtəlif yollarla bundan imtina edirlər.
Eyni hal REAL-a qarşı tətbiq olunacaq
Həmçinin, dəstək verəcəklərini deyənlər də bu məsələdə “nə ət, nə balıq” prinsipindən çıxış etməkdə olduqlarını gizlətmirlər. Misal üçün, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, Ağ partiya sədri Tural Abbaslı, KXCP sədri Mirmahmud Mirəlioğlu kimi siyasi təşkilat rəhbərləri bir tərəfdən REAL partiyasının “təşəbbüslərinə” dəstək verəcəklərini deyir, başqa tərəfdən isə tənqid edirlər. Buna isə 100 faizlik dəstək demək olmaz...
Daha bir maraqlı məqam isə budur ki, digər partiyalardan fərqli olaraq, REAL-ın ortalıqda var-gəlməsinə qarşı AXCP, Müsavat kimi partiyalar hələ ki, susqun davranırlar. Çox yəqin ki, bu partiyalar son anda öz planlarını işə alaraq, anti-REAL fəaliyyətlərinə başlayacaqlar. Çünki bir neçə ay qabaq mitinq məsələsində İ.Məmmədovun partiyası etiraz edərək, həmin təşəbbüsü dəstəkləməmişdi. Görünür, indi də eyni hal REAL-a qarşı tətbiq olunacaq. Hər halda, radikal müxalifət düşərgəsi növbəti ziddiyyətlər və qarşıdurmalar ərəfəsindədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB